Quba-Xınalıq yolu qardan belə təmizlənir - VİDEO
Quba-Alpan-Susay-Xınalıq yolunun güclü qar səbəbindən bağlanan hissəsi hələ də açılmayıb.
Bizim.Media xəbər verir ki, yolun 30-cu kilometrindən Xınalıq istiqamətində qarın təmizlənməsi işləri davam etdirilir.
Quba 9 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin işçiləri yüksək dağlıq ərazidən keçən yolu 3 metrə yaxın qar qatından təmizləmək üçün ekstremal şəraitdə çalışırlar.
Bildirilib ki, qarşıdakı iki gün ərzində yolun tam açılması nəzərdə tutulur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu...