SON DƏQİQƏ: Pakistanda fövqəladə vəziyyət rejimi elan olundu
Pakistan hökuməti antihökumət nümayişləri və silahlı dəstələrin hücumları fonunda ölkənin şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətində fövqəladə vəziyyət rejiminin tətbiq edildiyini bəyan edib.
Bizim.Media xəbər verir ki, AFP agentliyinin məlumatına görə, bu barədə prezident dəftərxanası rəsmi açıqlama yayıb.
Fövqəladə vəziyyət qərarı Konstitusiyanın təhlükəsizlik məsələlərini tənzimləyən iki maddəsinə əsasən qəbul edilib. Bu rejim federal hökumətə həmin əyalətdə geniş inzibati və idarəetmə səlahiyyətləri verir.
Xayber-Paxtunxvada hazırda həbsdə olan sabiq baş nazir İmran Xanın minlərlə tərəfdarı yürüşlər keçirərək siyasi liderlərinin dərhal azadlığa buraxılması...