Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələdə: müttəfiqlikdən strateji iqtisadi əməkdaşlığa
Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri zamanı keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası çərçivəsində dövlət başçıları tərəfindən Dövlətlərarası Şuranın 3-cü iclasının Qərarı imzalanıb. Qərarda dövlətlərarası münasibətlərdə əldə olunmuş müttəfiqlik səviyyəsi xüsusi qeyd edilir, iqtisadi-ticari, nəqliyyat, energetika, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyi vurğulanır.
Həmçinin qırğız tərəfdaşların və sərmayəçilərin Azərbaycanın azad edilmiş ərazilərində infrastruktur layihələrinin həyata keçirilməsində, xüsusilə Ağdam rayonunun Xıdırlı kəndində Ayköl Manas adına tam orta məktəbin ...