Müharibələr yan-yörəmizi əhatə edib, hərə deyir ki, mən qalibəm - İlham Əliyev
Müstəqillik 1991-ci ildə bərpa edildi, amma yenə də təhlükə altında idi. Dediyim kimi, erməni işğalı, daxildəki hərc-mərclik, qarşıdurma, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə faktiki olaraq ölkəmizi məhvə aparırdı. Əgər o vaxt Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, indi xalqımızın, dövlətimizin taleyi necə olacaqdı, onu demək çətindir. Hər halda o vaxt Azərbaycan böyük fəlakətlə üz-üzə idi.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, o vaxt müharibə dayandırılıb, inkişafa qədəm qoyulub, güc toplanılıb:
“Mənim dövrümdə biz hər gün azadlıq gününü arz...