Qarabağa xarici diplomatların səfəri: İnformasiyanın geniş auditoriyaya çatdırılması niyə vacibdir?
Xəbər verdiyimiz kimi, iki gün davam edən Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində xarici diplomatik korpus nümayəndələri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olub, yaradılan müasir infrastrukturu, tarixi və mədəni məkanları yaxından izləyiblər. Səfəri işıqlandıran media nümayəndələri isə həm görülən işləri yerində müşahidə edib, həm də xarici diplomatların səfərlə bağlı təəssüratlarını ictimaiyyətə çatdırıblar.
Belə səfərlər yalnız diplomatik nümayəndələrin ərazilərlə tanışlığı baxımından deyil, həmin ərazilərdə gedən proseslərin Azərbaycan cəmiyyətinə və beynəlxalq auditoriyaya çatdırılması baxımından da əhəmiyyət daşıyır.
Bu baxımda...