Prezident “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da paytaxtın Qaradağ rayonunda 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının açılışında iştirak edib.
Bizim.Media xəbər verir ki, energetika naziri Pərviz Şahbazov, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, “Universal International Holdings Limited” şirkətinin baş icraçı direktoru Yi Nan dövlətimizin başçısını qarşılayıblar.
Prezident İlham Əliyevə “Qobustan” Günəş Elektrik Stansiyası, "Universal Energy" şirkəti və onun Azərbaycandakı fəaliyyəti barədə məlumat verildi.
Bildirildi ki, Çinin Şanxay şəhərində yaradılmış şirkət yaşıl enerji və enerji saxlanc...