Bu şəxslərə 3 il müavinət ödəniləcək - Əmlaklarına çıxarış veriləcək
"Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən keçmiş məcburi köçkünlər 3 il müddətində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar".
Bizim.Media xəbər verir ki, bunu deputat Vüqar Bayramov özünün Facebook hesabında qeyd edib.
O bildirib ki, hazırda keçmiş məcburi köçkünlər üçün hansı güzəştlər nəzərdə tutulubsa, onlar dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra 3 il müddətində həmin güzəştlərdən istifadə edə biləcək:
"Nazirlər Kabinetinin qayda...