Şuşadan Türküstana uzanan KÖRPÜ - Türk dünyasında yeni strateji inkişaf MODELİ
Son dövrlərdə qlobal güc balansında baş verən dəyişikliklər, yeni nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması və rəqəmsal transformasiya prosesləri dövlətləri daha sıx əməkdaşlıq formatlarına sövq edir. Bu proseslərin fonunda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın inkişafı xüsusilə diqqət çəkir.
Belə ki, artıq TDT yalnız ortaq mədəni və tarixi bağları birləşdirən platforma deyil, Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji çəkisi artan mühüm beynəlxalq güc mərkəzi kimi çıxış edir.
Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də məh...