Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO
“Prezident İlham Əliyevin imzaladığı "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Sərəncam ilə bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırıldı. 1 milyon 100 min vətəndaşımızı əhatə edən artımlar əvvəlki ildəki orta aylıq əmək haqqındakı artım faizinə uyğunlaşdırılıb”.
Bizim.Media xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Bəs, bu il işləyən vətəndaşlarımızın pensiyaları nə qədər artırılacaq?
Deputat qeyd edib ki, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən son...