Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı məktubu göndərib.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Əlahəzrət,
Atanız – görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Şeyx Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin tarixində silinməz iz qoymuş, bütün həyat və fəaliyyəti ilə Vətəninə hədsiz sədaqət nümunəsi göstərmiş və onun rifahı naminə fədakarcasına çalışmış xalqının böyük lideri idi.
Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkülündə və inkişafında onun mü...