"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərib.
Bizim.Media xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.
Tədbir isə məktəbin həyətində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır.
Tədbir tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir.
"Son zəng" tədbiri 13 iyun 2026-cı...