İlham Əliyev Polşa Prezidentini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskini təbrik edib.
Bizim.Media xəbər verir ki, təbrik məktubunda aşağıdakılar yazılıb:
“Hörmətli cənab Prezident,
3 May – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Polşa arasında əlaqələr dərin tarixi köklərə və xoş ənənələrə əsaslanır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin və səmərəli əməkdaşlığımızın inkişafına xüsusi əhəmiyyət veririk.
İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsi, st...