Milli Kibertəhlükəsizlik Agentliyindən “Zimbra”dan istifadə edən təşkilatlara XƏBƏRDARLIQ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) “Zimbra Collaboration Suite” (ZCS) istifadə edən təşkilatların elektron poçt sistemlərinə qarşı müşahidə olunan hədəfli kibertəhdidlərlə bağlı xəbərdarlıq edir.
Bu barədə Bizim.Media-ya agentlikdən məlumat verilib.
Beynəlxalq kibertəhlükəsizlik qurumlarının məlumatlarına əsasən, 2025-ci ilin iyul ayından “Zimbra” istifadə edən bir sıra təşkilatlara qarşı fişinq kampaniyaları həyata keçirilib.
Hücumlarda “Zimbra Collaboration Suite”in müəyyən versiyalarında mövcud olmuş “CVE-2025-66376” zəifliyindən istifadə edildiyi bildirilir.
Zəifl...