Nazir gəlini  Safurə İstanbulda işə başladı  - “Sevgili həyat yoldaşım...”x9d

Nazir gəlini Safurə İstanbulda işə başladı - “Sevgili həyat yoldaşım...”x9d

Hazırda oxunan: Nazir gəlini Safurə İstanbulda işə başladı - “Sevgili həyat yoldaşım...”x9d

109626

“Eurovision -2010”x9d iştirakçımız Safurə Əliyeva İstabulda sərgi açıb.

Moderator.az-ın 1news.az-a istinadən verdiyi məlumata görə, 2013-cü ildə sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə qurduqdan sonra səhnədən uzaqlaşan müğənni İstanbulda adının baş hərfinə uyğun olaraq “S”x9d adlı rəssamlıq qalereyası açıb.

S. Əliyeva musiqidən rəssamlığa keçiddə həyat yoldaşının böyük əməyi olduğunu bildirib:

“Əgər musiqi yoxdursa, həyatınızda nə ola bilər?”x9d sualına həmişə düşünmədən “Əlbəttə ki, rəssamlıq”x9d cavabını vermişəm. Uşaqlıqdan şəkillər çəkirəm. Hazırda isə bu sahəyə yenidən qayıtmağımda sevgili həyat yoldaşımın böyük rolu olub.

İlk rəsm əsərimi də həyat yoldaşıma ad günündə hədiyyə etmişəm. O vaxt hələ evli deyildik. Fərhadla tanış olduğumuz şəhəri ”“ Bodrumu şəkildə təsvir etmişdim. Onun da bu hədiyyədən çox xoşu gəlmişdi.

Mənim rəsm çəkməyi uşaqlıqdan sevdiyimi bildiyi üçün bir dəfə “Niyə də yenidən sınamayasan?”x9d - dedi. Mən də onun sözlərinə qulaq asaraq yenidən rəssamlığa başladım”x9d, - deyə o söyləyib.


Müğənni rəssamlıq qalereyasını da məhz həyat yoldaşının səyi nəticəsində açdığını vurğulayıb:

“Çoxlu şəkillər çəkdiyim üçün onları qoymağa yer tapmırdım. Bir gün yoldaşımdan “Belə böyük şəkilləri hara qoyum?”x9d -deyə soruşdum. O da mənə qalereya açmağı təklif etdi”x9d.

Qeyd edək ki, cütlüyün İsgəndər adlı bir oğlu var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO