YAP-ın 8 saylı Binəqədi birinci seçki dairəsindən namizədi mən deyiləm.
Eyni ad soyadda olan başqa bir xanımdı. Bu situasiyanı YAP ın dolayısıyla qələbəmi dəstəklədiyi və etirafı kimi dəyərləndirirəm. Seçicilərimi çaşdıra bilərmi, səsimi dağıda bilərmi "yalançı" Aysel Əlizadə? Buna inanmıram. Xalq bizim özümüzdən də yaxşı bilir hər şeyi.
YAP bizimlə zarafat edir. Keyfi kökdü görünür. Şən əhvaldadı. Çox yaxşı. Seçkiyə gərək sevinə-sevinə gedəsən. Biz də elə gedirik. Mutlu və umutluyuz. Ancaq hakimiyyətin əsas namizədi bu xanım olduğuna inanmıram. Kim olduğunu da bilərik yəqin tezliklə.
8 saylı Binəqədi birinci seçki dairəsindən YAP-ın deputatlığa namizəd irəli sürməsi ciddi çaşqınlığa səbəb olub. Belə ki, həmin dairədən hakim partiyanın namizədi ilə "125-lər" Siyasi Klubunun namizədinin ad-soyadı eynidir. Hər iki namizədin Aysel Əlizadə olması mətbuatda və siyasi dairələrdə ciddi çaşqınlıq yaradıb. Bir çoxları elə bilir, tanınan yazar, publisist Aysel Əlizadə YAP-ın dəstəklədiyi namizəddir.
Bu haqda musavat.com-a açıqlama verən A.Əlizadə dedi ki, onun namizədliyini verdiyi dairədən YAP-ın eyni ad-soyadlı namizəd irəli sürməsi həqiqətən xeyli suallar yaradıb: "Mən o Aysel deyiləm. Məni cəmiyyət yaxşı tanıyır. Bilənlər bilir ki, mən heç vaxt YAP üzvü olmamışam. Ümumiəəytlə partiya mənsubiyyətim yoxdur. Ona görə də bir daha elan edirəm, YAP-ın suyahısındakı Aysel tamam başqa adamdır. Mənim Əlizadə Aysel Alim qızıyam. Onunsa atasının adı tamam başqadır.
Mən o Aysel deyiləm. Məni cəmiyyət yaxşı tanıyır. Bilir ki, heç vaxt YAP üzvü olmamışam. Partiya mənsubiyyətim yoxdur. Ona görə də bir daha elan edirəm, YAP-ın siyahisindəki Aysel başqasıdı. Mən Əlizadə Aysel Alim qızıyam. Onunsa atasının adı fərqlidi".
Xatırladaq ki, eyni seçki dairəsindən oxşar ad-soyadlı namizədlərin irəli sürülməsi Azərbaycanda ilk hadisə deyil. 2005-ci ilin parlament seçkilərində Yasamaldakı seçki dairələrinin birində üç-dörd Eldar Namazov ad-soyadlı namizəd vardı. O vaxt deyilirdi ki, hakimiyyət bunu "YeS" blokunun namizədi, sabiq prezident köməkçisi Eldar Namazova qarşı bilərəkdən edib.






























































































