PKK - ya qarşı mübarizədə Bakı Ankaraya hansı real dəstək təklif edə bilər? Azərbaycanın əlində PKK - nı dalana dirəyə biləcək təzyiq mexanizmləri varmı Sizcə?
Moderator.az - ın əməkdaşı millət vəkili Fazil Mustafadan bu suala cavab istəyib. Millət vəkili ölkədəki partiyalar tərəfindən siyasi dəstəyin verilməsinin vacibliyini bildirib:
"Bu məsələdə ilk növbədə siyasi dəstəkdən söhbət gedə bilər, çünki Türkiyənin öz hərbi qüdrəti yetərlidir ki, bu terrorçu gücləri sıradan çıxara bilsin. Məncə Azərbaycanın siyasi partiyaları ayrı - ayrılıqda Türkiyəyə dəstək verilməsi ilə bağlı bəyanat qəbul edə bilərlər. Artıq bazar ertəsi BQP Siyasi Qurulu belə bir bəyanat layihəsini müzakirə edərək çox güman ki, qəbul edəcək. Biz bu məsələdə hər zaman olduğu kimi, Türkiyə ilə həmrəylik nümayiş etdirməliyik."
































































































