“Obama “soyqırım”x9d deməsə də sonrakılardan birinin deyəcəyini gözləmək olar”x9d

“Obama “soyqırım”x9d deməsə də sonrakılardan birinin deyəcəyini gözləmək olar”x9d

Hazırda oxunan: “Obama “soyqırım”x9d deməsə də sonrakılardan birinin deyəcəyini gözləmək olar”x9d

75997
Görkəmli alim, əməkdar elm xadimi, professor Şahlar Əsgərov qondarma erməni soyqırımı iddialarıyla bağlı qısa fikirlərini Moderator.az oxucularına göndərib:

"Soyqrımla bağlı dartışmalar ciddi fazaya daxil olub. Fəlsəfi dillə desək, bu işdə ermənilər artıq hadisənin subyekti, bizlər isə obyektiyik. Türkiyə rəhbərlərinin danışığında siyasi kamillik azdır. Obama bu il deməsə də sonrakı ABŞ prezidentlərindən birinin deyəcəyini gözləmək olar. Vatikandan sonra Moskva da ikibaşlı danışdı. Məsələnin həlli zamana qalıb və 5 -10 ilin məsələsinə bənzəyir.
Nə baş verir? Olmayan soyqrımı ermənilər dünyaya necə subut edə bilirlər? Belə suallar da çoxdur, sualların cavabını bilənlər də var.  Amma bu problemin həllinin təşkilində bir ibtidailik var. Misal üçün, yuxarıdakı sualların cavabını eyni adamdan, eyni vəzifə sahibindən, eyni alimdən 20 il öncə, 10 il öncə, 5 il öncə də soruşulub. Belə isə, onlardan bu işlə bağlı yeni bir şey eşitmək olarmı? Əlbətdə ki, yox. Amerkalı alim Deyl Korneqi öyrədir ki, “sən bildiyin əsas deyil, əsas tərəf müqalin bildiyidir”x9d. Bu işdə tərəf müqabil xalqdır. Türk, Azərbaycan xalqı və ziyalılarıdır. Bu işin həllini onlardan da soruşmaq lazımdır. Obrazla desək, tarlanızı su ilə təmin etmək üçün tarlanın 20 müxtəlif yerlərində 1 metirlik quyu qazmaq əvəzinə, bir yerdə 20 metirlik bir quyu qazmaq daha xeyirlidir. Əhalinin düşüncəsindən (bilgilərindən) istifadə etmək lazımdır.
Çoxdan və dərindən tanıdığım MM keçmiş deputatı, hörmətli Maksim Musayevin  bloqunda (//www.m-musayev.com/about-1.html)  “NATO, Türkiyə, SSRI və «Erməni soyqırımı”x9d məqaləsini oxudum.  Məqalədə bu problemə yeni yanaşma var. Problemə içəridən işıq tutulur və çox sadə dillə “soyqrım”x9dın yalan olduğunu üzə çıxarır.  Maksim müəllim məqalədə qeyd edir ki, əgər bu hadisə olubsa, bəs onda ermənilər, Vatikan (və digər ermənisevərlər) onun 10 illiyi, 25 illiyin, 50 illiyin niyə qeyid etməyiblər. İndi yuxudan ayılıb, birdən birə 100 illiyin qeyd edirlər? Demək, hadisə olmayıb, uydurulub, çünki  siyasi məqsəd daşıyir. “Yalan”x9d isə  erməninin istifadə etdiyi bir vasitədir. “Hakimiyyətin 48 qanunu”x9d kitabında amerikalı mütəxəsis Qrinin erməni yalanı haqqında “Yalançı”x9d məqaləsində erməni xislətini bədii dildə çox aydın şərh edilib. Bu erməni yalanı ilə mənim Facebook səhifəmdə (//www.facebook.com/askerov.shahlar)  tanış olmaq olar".


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO