“Ukraynanın parçalanması Avropanın parçalanması deməkdir”x9d

“Ukraynanın parçalanması Avropanın parçalanması deməkdir”x9d

Hazırda oxunan: “Ukraynanın parçalanması Avropanın parçalanması deməkdir”x9d

67367

Son günlər Rusiya mətbuatında Ukraynanın yaxın gələcəkdə bir neçə xırda respublikaya parçalanacağı, ölkə siyasi xəritəsində əsaslı dəyişikliklərin olacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Bəzu rus ekspertləri iddia edir ki, Ukraynanın şərqindəki münaqişə bu bölgədə daha bir neçə xırda dövlətin meydana çıxması ilə nəticələnəcək ki, bu da regionda yeni münasibətlər sistemi formalaşdıracaq.

Rusiya mediasında səslənən bu fikirlər digər ölkərlədə də böyük maraqla qarşılanmaqdadır. Baş verənləri şərh edən siyasilərin fikrincə, Rusiyanın Ukraynadakı seperatılara verdiyi dəstək fonunda proseslərin bu məcrada inkişafı tamamilə mümkündür. Belə ki, Rusiyanın Şərqi Ukrayna ərazisindəki qurama dövlətlərə yardımını bir qədər də artıracağı və onların tanınmasına siyasi baxımdan dəstək olacağı təqdirdə bu dövlətlərin təşəkkül tapması mümkün görünür. Fəqət bu iddianın ictimai rəyi yoxlamağa xidmət edən və reallıqdan uzaq olan fikri kimi dəyərləndirən ekspertlər də yox deyil. Onların fikrincə, Rusiya bununla həm ictimai düşüncəni öyrənmək, həm də Ukrayna hökumətini qorxutmağa çalışır.

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən politoloq Qabil Hüseynli məlum iddianın ictimai rəyi öyrənmək məqsədi daşıdığını qeyd etdi:

“Bu fikirlər əslində Kremlin ideoloqlarına məxsusdur və bunu ortaya atanlar da Moskvanın tapşırıqlarını icra edirlər. Buna “şar buraxmaq”x9d deyirlər. Yəni ictimai fikri öyrənmək üçün ortaya hansısa fikirləri atır və bununla da ictimai rəyi öyrənirlər. Əslində bu fikirlər Kremlin planlarını göstərir, onun niyyətlərini faş edir. Unutmaq olmaz ki, Ukraynanın arxasında bütün Qərb dayanıb. Ukrayna ordusu kifayət qədər güclənib və bu proses fasiləsiz şəkildə davam etdirilir. ABŞ Ukraynaya yeni-yeni silahlar verir. Əgər Ukraynanı bir neçə ölkəyə parçalamaq siyasəti yeridilərsə, bu, Rusiyanın özünün məhvinə səbəb ola bilər. Bu, şübhəsizdir. Onsuz da Rusiya ilə bağlı bu proses davam edir”x9d.

Ekspertin bildirdiyinə görə, Qərbin Ukraynanın parçalanması siyasətinə biganə qalmayacağı şübhəsizdir. Çünki Ukraynanın parçalanması Qərb üçün ciddi təhlükə deməkdir ki, bu təhlükə Qərb ölkələri tərəfindən gözardı edilə bilməz:

“Ukraynanın parçalanması Avropanın parçalanması deməkdir. Avropaya qarşı yeni hərbi obyektlərin əmələ gəlməsi deməkdir. Pribaltika ölkələri, Polşa Ukrayan ilə ittifaq yaradıb müharibəyə hazırlaşırlar. Qərb ölkələri də onlara dəstək verir, maddi yardım göstərir. 60-65 milyonluq Ukrayna xalqı ilə 40 milyonluq Polşa xalqı, 15 milyonluq Pribaltika respublikaları Qərbin-maddi-hərbi gücü bir araya gəlsə, nəinki Rusiyanın qabağında dayanmaq mümkün olar, hətta Rusiyanın içərilərinə doğru da hərəkət etmək olar”x9d.

Q.Hüseynlinin qənaətincə, bugünkü Ukrayana ilə dünənki Ukrayna arasında kifayət qədər böyük fərq var:

 “Bu gün Ukraynada gedən proseslər əvvəlki proseslər deyil. Məlum olduğu kimi, bu gün seperatçılara ağır zərbə vuran yenidən təşkilatlanan partizan dəstələridir. Bu dəstələrin tərkibində qadınlar, qocalar, uşaqlar, bir sözlə hər cür adamlar var. Ukrayna öz ərazi bütövlüyünü təmin etməyə ciddi şəkildə hazırlaşır və yəqin ki, Şərqi Ukraynadakı seperatçıları yaxın gələcəkdə yerində oturtmağı bacaracaq. Bundan sonra yeganə problem Rusiyanın əlindəki Krım olacaq ki, Qərbin yardımı ilə Krımı da geri qaytarmağı bacaracaq”x9d.

 

Seymur Əliyev 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO