Emoməli Rahmon Bakıya yola düşdü

Emoməli Rahmon Bakıya yola düşdü

Hazırda oxunan: Emoməli Rahmon Bakıya yola düşdü

642215

Tacikistan Prezidenti Emoməli Rahmon Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.

Bizim.Media Tacikistan dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, Emoməli Rahmon artıq Azərbaycana yola düşüb.

Müşayiət edən nümayəndə heyətinin tərkibində xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər olacaq.

Xatırladaq ki, AQEM-in VII sammiti təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə oktyabrın 15-də Bakıda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO