Zelenski: "Rusiyanın ABŞ-a qarşı bu dərəcədə nümayişkaranə hörmətsizliyi olmamışdı"

Zelenski: "Rusiyanın ABŞ-a qarşı bu dərəcədə nümayişkaranə hörmətsizliyi olmamışdı"

Hazırda oxunan: Zelenski: "Rusiyanın ABŞ-a qarşı bu dərəcədə nümayişkaranə hörmətsizliyi olmamışdı"

642176

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın gecə saatlarında Kiyev, Kiyev vilayəti və Xarkovun energetika infrastrukturuna endirdiyi kütləvi raket və PUA zərbələri ilə bağlı kəskin bəyanatla çıxış edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mətbuatı ayzıb.

Zelenskinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri gecə ərzində 39 ballistik raket və 120-dən çox zərbə dronundan istifadə edərək mülki infrastruktur obyektlərini hədəf alıb.

Ukrayna lideri vurğulayıb ki, Rusiya ordusu xüsusilə ABŞ Prezidentinin atəşkəs elan etdiyi energetika obyektlərinə hədəflənmiş ballistik zərbələr endirib:

"Bu zərbə tamamilə şüurlu şəkildə vurulub və miqyasına görə nümayişkaranə xarakter daşıyır. Rusiyanın Amerikaya qarşı bu dərəcədə nümayişkaranə saymazlığı və hörmətsizliyi əvvəllər heç vaxt olmamışdı. Rusiya Amerika Prezidentinin bəyanatlarını güclü və təsirli hesab etmir."

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO