Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

Hazırda oxunan: Təbriz küçəsində təhlükəli vəziyyət: Təmir ərazisində yol nişanları yoxdur – VİDEO

642167

Bakının Nərimanov rayonunda təmir işlərinin aparıldığı küçədə yol nişanlarının quraşdırılmaması sakinlərin narahatlığına səbəb olub.

Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə şikayət daxil olub.

Bildirilib ki, Təbriz küçəsində hazırda yeni səki quraşdırılması işləri aparılmasına baxmayaraq ərazidə piyadaların və sürücülərin təhlükəsizliyini təmin etmək üçün heç bir xəbərdaredici və istiqamətləndirici yol nişanları yerləşdirilməyib. Bu isə xüsusilə piyadalar üçün ciddi risk yaradır.

"Bu küçədə ali məktəblərin olduğunu da nəzərə almayıblar. Tələbələr dərsdən çıxanda bu yolda olduqca təhlükəli vəziyyət yaranır. Avtomobillər piyadalara yol vermirlər, piyadalar isə məcburən avtomobil zolağı ilə hərəkət etməli olurlar", - deyə şikayətdə bildirilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO