İsti hava şəraiti nə vaxtadək DAVAM EDƏCƏK?

İsti hava şəraiti nə vaxtadək DAVAM EDƏCƏK?

Hazırda oxunan: İsti hava şəraiti nə vaxtadək DAVAM EDƏCƏK?

642201

Növbəti günlərdə ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, həftə sonunadək ölkə ərazisində hava şəraitinin sabit və əsasən yağmursuz keçəcəyi gözlənilir.
 

Bununla belə, axşam saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə duman müşahidə olunacaq. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.


Havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 23–28, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 26–31, dağlıq rayonlarda isə 21–26 dərəcə isti olacağı gözlənilir.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO