“Göz yaşları içində izlədik” – Şəhid anasının “44” filmi ilə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

“Göz yaşları içində izlədik” – Şəhid anasının “44” filmi ilə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

Hazırda oxunan: “Göz yaşları içində izlədik” – Şəhid anasının “44” filmi ilə bağlı TƏƏSSÜRATLARI – FOTO/VİDEO

642219

“Filmin təqdimatı başlayanda, kadrlar ekranda görünəndə biz – şəhid anaları ağlamağa başladıq. Göz yaşları içində filmi izləyirdik. Sonra özümüzü ələ ala bildik. Hər birimiz böyük qürur və iftixar hissi keçirdik ki, bizim igid oğullarımız 30 il düşmən əsarətində inləyən Qarabağımızı geri aldılar”.

Bu sözləri Heydər Əliyev Sarayında keçirilən “44” filminin təqdimatında iştirak edən və çıxış edən Vətən müharibəsi şəhidi Miqdad Abduləlimovun anası, “Vətən naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Bizim.Media-ya açıqlamasında deyib.

Vətən müharibəsinin həsr olunan filmi çox bəyəndiyini bildirən şəhid anası ekran əsərinin ərsəyə gəlməsində əməyi olan hər kəsə, xüsusilə Prezidentin köməkçisi Anar Ələkbərova təşəkkürünü bildirib.

Tünzalə Abduləlimova belə dolğun və təsirli filmlərin şəhid oğullarının gələcək nəsillər tərəfindən daha yaxından tanınmasına mühüm töhfə verəcəyini vurğulayıb.








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO