Gədəbəydə bir ailənin 5 üzvü qəzaya düşdü: Ölən və yaralanan var

Gədəbəydə bir ailənin 5 üzvü qəzaya düşdü: Ölən və yaralanan var

Hazırda oxunan: Gədəbəydə bir ailənin 5 üzvü qəzaya düşdü: Ölən və yaralanan var

642145

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, qəza Çanaqçı kəndi ərazisində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov idarə etdiyi "VAZ 2107" markalı avtomobili yol kənarına aşırıb.
 

Məlumata görə, nəqliyyat vasitəsində sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova, oğlu, 2016-cı il təvəllüdlü Əli Şukur oğlu Ələkbərov, qızları, 2014-cü il təvəllüdlü Əsli Şukur qızı Ələkbərova və 2012-ci il təvəllüdlü Əsmər Şukur qızı Ələkbərova olub.


Qəza nəticəsində sürücünün arvadı Səyyarə Ələkbərova hadisə yerində ölüb, oğlu Əli Ələkbərov xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO