Hörmüz boğazında DƏHŞƏT: 2500 konteyner daşıyan gəmi minaya düşərək batdı

Hörmüz boğazında DƏHŞƏT: 2500 konteyner daşıyan gəmi minaya düşərək batdı

Hazırda oxunan: Hörmüz boğazında DƏHŞƏT: 2500 konteyner daşıyan gəmi minaya düşərək batdı

642204

Hörmüz boğazından icazəsiz marşrutla keçməyə cəhd edən və 2500-dən çox konteyner daşıyan nəhəng konteyner gəmisi dəniz minasına düşərək partlayıb və batıb.

Bizim.Media xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri rəsmi bəyanat yayıb.
 

SEPAH-ın iddiasına görə, insident çərşənbə günü səhər saatlarında boğazın cənub hissəsində baş verib. Minaya çırpıldıqdan sonra gəmidə güclü yanğın başlayıb və az sonra yük gəmisi tamamilə suya qərq olub. İran tərəfi gəminin adı, hansı ölkəyə məxsus olması və heyət üzvləri arasında xəsarət alanlar barədə hələlik ətraflı məlumat verməyib.


Qeyd edək ki, bu, Hörmüz boğazında baş verən ilk oxşar hadisə deyil. Bundan əvvəl də SEPAH İrandan icazə alınmamış marşrutla hərəkət edən nəhəng neft supertankerinin minaya düşərək zədələnməsi barədə məlumat yaymışdı. Regionda gərginliyin artması dəniz ticarəti və qlobal enerji daşımaları üçün ciddi təhlükə yaratmaqda davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO