Azərbaycanın ilk Prezident təqaüdçüləri – İndi nə işlə məşğuldurlar?

Azərbaycanın ilk Prezident təqaüdçüləri – İndi nə işlə məşğuldurlar?

Hazırda oxunan: Azərbaycanın ilk Prezident təqaüdçüləri – İndi nə işlə məşğuldurlar?

642221

DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu barədə sosial media hesabında paylaşım edib.

Bizim.Media xəbər verir ki, O paylaşımında bu gün Prezident təqaüdünə layiq görülən gənclərin uğurlarından danışarkən, bu ənənənin ilk iştirakçılarını da xatırladıb.

"2001–2002-ci illərdə Prezident təqaüdünə ilk layiq görülən gənclər bu gün haradadırlar? Hansı peşələri seçiblər, hansı uğurlara imza atıblar və ötən illər onların həyatında nələri dəyişib?
Həmin gənclər yüksək nəticələri ilə seçilməklə yanaşı, eyni zamanda ümummilli lider Heydər Əliyevlə şəxsən görüşmək imkanı qazanmışdılar.

2023-cü ildə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət İmtahan Mərkəzi olaraq həmin gənclərin sonrakı həyat yolu ilə maraqlandıq. Onları illər sonra yenidən tapdıq və 41 videomüsahibədən ibarət bir layihə hazırladıq.

Bu gün onların arasında həkimlər, diplomatlar, dövlət qulluqçuları, sahibkarlar, Azərbaycanda və xaricdə fəaliyyət göstərən şirkətlərdə rəhbər vəzifələrdə çalışan mütəxəssislər var. Hər biri fərqli sahədə öz yolunu tapıb, öz həyat və karyera hekayəsini yaradıb.
 

Müsahibələrdə diqqət çəkən ən maraqlı məqamlardan biri isə onların illər əvvəl ümummilli lider Heydər Əliyevlə görüş haqqında xatirələridir. Həmin görüşdə gördükləri diqqət, qazandıqları uğurun yüksək səviyyədə qiymətləndirilməsi və onlara göstərilən inam bu insanların yaddaşında silinməz iz buraxıb. Onların sözlərindən hiss olunur ki, o gün yaşadıqları qürur və motivasiya uzun illər boyu həyat yollarında onları müşayiət edib.


Bu, məncə, çox əhəmiyyətli bir məqamdır. Çünki gəncin uğurunu qiymətləndirmək yalnız onun əldə etdiyi nəticəni təqdir etmək deyil, həm də gələcək imkanlarına, özünə olan inamını gücləndirməkdir.

İndi yeni bir nəsil Prezident təqaüdçüləri öz həyat yoluna başlayır. İllər əvvəl eyni sevinci yaşamış insanların bugünkü taleyinə baxmaq isə həm maraqlıdır, həm də düşündürücüdür.

Bu səbəbdən 2023-cü ildə hazırladığımız həmin videomüsahibələr toplusunu bir daha diqqətinizə çatdırmaq istəyirəm. Xüsusilə gənclərə, valideynlərə və müəllimlərə bu hekayələri izləməyi tövsiyə edirəm.

Bəlkə də bu müsahibələrdə hər kəs özü üçün maraqlı bir həyat təcrübəsi, bir fikir və ya gələcək seçimlərinə kömək edəcək bir məsləhət tapacaq”, - deyə o qeyd edib.

İlk Prezident təqaüdçülərinin həyat hekayələri ilə bu linkdən tanış ola bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO