“Barselona” 1923/1924-cü illər mövsümündən bəri ilk dəfə mövsümün ilk 10 rəsmi oyununda qələbə qazanıb.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, bu nəticə Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda səfərdə Türkiyənin “Qalatasaray” klubunu 4:1 hesabı ilə məğlub etməsindən sonra qeydə alınıb.
Cari mövsümdə bütün turnirlərdə keçirdiyi 10 oyunun hamısında qalib gələn Kataloniya təmsilçisi bu qarşılaşmalarda 43 qol vurub, öz qapısında isə 9 top görüb.
Qeyd edək ki, “Barselona” İspaniya çempionatında turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu hazırda UEFA Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəlində də liderdir.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:55 / 14.10.2026
“Barselona”dan tarixi REKORD
Hazırda oxunan: “Barselona”dan tarixi REKORD
Hazırda oxunan: “Barselona”dan tarixi REKORD
642189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































