Gələn il Laçın şəhərində daxili yollar yenilənəcək - Məsim Məmmədov

Gələn il Laçın şəhərində daxili yollar yenilənəcək - Məsim Məmmədov

Hazırda oxunan: Gələn il Laçın şəhərində daxili yollar yenilənəcək - Məsim Məmmədov

642182

Laçında 2027-ci ildən yolların yenilənməsinin ikinci mərhələsi başlayacaq.

Bizim.Media xəbər verir ki, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Laçında yerləşən Beynəlxalq Hava Limanı ilə şəhər mərkəzi arasındakı məsafə köhnə yolla təxminən 60 kilometrdir:

"Dağlıq ərazidən keçən bu yolu təxminən saat yarıma qət etmək mümkündür. Hazırda sürətlə inşa edilən yeni yol isə 12 tunel və 15 viaduk körpü vasitəsilə məsafəni 38 kilometrə qədər qısaldacaq. Bu da həmin məsafəni daha qısa müddətdə qət etməyə imkan verəcək".

O qeyd edib ki, bundan əlavə, Laçında kanat stansiyasının tikintisi nəzərdə tutulur:

"Bu, çox maraqlı layihədir. Prezident İlham Əliyev 2025-ci ildə layihənin təməlini qoymuşdu. Eyni zamanda, Laçında şəhər nəqliyyatını formalaşdırmaq və bu istiqamətdə işləri tamamlamaq üçün avtomobil vağzalının tikintisini başa çatdırırıq".

M. Məmmədov bildirib ki, Laçın şəhərinin daxili yollarının layihələndirilməsini də başa çatdırılıb:

"Bu, olduqca maraqlı layihədir. Çünki Laçında ən aşağı və ən yüksək nöqtələr arasında, yaşayış məntəqələrinin yerləşdiyi ərazilərdə, təxminən 350-400 metr yüksəklik fərqi var. Ərazinin mürəkkəb relyefini nəzərə alaraq yolların layihələndirilməsini bir neçə mərhələdə həyata keçiririk. Birinci mərhələ ilk köç zamanı başa çatdırılıb. Şəhərdə 70 kilometrə yaxın yol inşa edilir. 2027-ci ildən başlayaraq ikinci mərhələdə şəhərin yol infrastrukturunun genişləndirilməsi və yenilənməsi nəzərdə tutulur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO