Elman Nəsirli: “ABŞ-Azərbaycan işçi qrupunun intensiv təmaslarına ehtiyac var”

Elman Nəsirli: “ABŞ-Azərbaycan işçi qrupunun intensiv təmaslarına ehtiyac var”

Hazırda oxunan: Elman Nəsirli: “ABŞ-Azərbaycan işçi qrupunun intensiv təmaslarına ehtiyac var”

43262

“ABŞ-Azərbaycan işçi qrupunun növbəti görüşü də hərbi-təhlükəsizlik sahəsində dialaoqun aparılması və əməkdaşlığın genişləndirilməsi baxımından kifayət qədər aktualdır”. 

Bunu Moderator.az-a açılqmasında politoloq Elman Nəsirli 16 martdan etibarən başlayan ABŞ-Azərbaycan işçi qrupunun görüşlərindən danışarkən deyib. Onun sözlərinə görə, Azərbaycan ərazisi Ermənistanın təcavüzünə məruz qalan dövlət olaraq, inkişaf etmiş dövlətlərlə əməkdaşlığa böyük önəm verir:

“Azərbaycan xüsusilə də fövqəldövlət ABŞ ilə təhlükəsizlik və hərbi-texniki əməkdaşlıq məsələlərinə prioritet istiqamət kimi qiymət verir və adekvat addımlar atır. Məsələyə bu kontekstdə yanaşdıqda, hesab edirəm ki, xüsusən də Rusiya-Ukrayna münasibətlərini nəzərə alsaq, yaranmış gərginlik fonunda ikinci bir dövlətin ərazi bütövlüyünə ciddi təhlükənin meydana gəldiyi reallığında, ABŞ-Azərbaycan işçi qrupunun intensiv təmaslarına ciddi ehtiyac var”.

Xatırladaq ki, Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək və iş planına əsasən martın 16-dan martın 21-dək Almaniyanın Nürnberq şəhərində Azərbaycan-ABŞ işçi qrupunun görüşü olacağı bildirilir. Martın 17-dən martın 21-dək Fransanın paytaxtı Paris şəhərində Vyana Sənədi-11 üzrə kurs və martın 17-dən martın 28-dək Serbiyanın Krusevaç şəhərində maddi texniki təminat xidmətləri üzrə təməl kursu (ADAMS) keçiriləcək. Qeyd edək ki, tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələrinin də iştirak edəcəyi bildirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO