Sərdar Cəlaloğlu YAP-ın Kompartiyanın davamı olduğu qənaətində...

Sərdar Cəlaloğlu YAP-ın Kompartiyanın davamı olduğu qənaətində...

Hazırda oxunan: Sərdar Cəlaloğlu YAP-ın Kompartiyanın davamı olduğu qənaətində...

37943

“Qərbə siyasi inteqrasiya iqtidarın marağına uyğun deyil”

 

Artıq bir neçə gündür ki, Ukraynada siyasi hakimiyyəti Qərbə inteqrasiyaya çağıran on minlərlə insanın etiraz aksiyası davam edir. Inzibati qurumların və güc orqanlarının kəskin müqavimətinə baxmayaraq, öz mübarizəsini davam etdirən aksiyaçılara Qərbin maddi-mənəvi dəstəyi də günbəgün artır ki, bu da Ukrayna hakimiyyətinin aqibətini sual altınaa qoyur. Qərb və rus düşüncə tərzinin mübarizəsi kimi də xarakterizə edilən olayların Azərbaycan üçün aktuallığını artıran ən mühüm amil isə bu proseslərin ölkəmizə təsir imkanlarının geniş olması ilə bağlıdır. Eyniylə Ukrayna kimi Qərb və Rusiya dilemması qarşısında tərəddüd edən Azərbaycanda bu tip aksiyalar baş verməsə də, sosial narazılıq faktorrunun da əlavə edildiyi belə bir narazılığın hər an baş qaldırması mümkün hesab edilir. Odur ki, ADP sədri Sərdar Cəlaloğlu ilə söhbətimizdə Ukraynada baş verən proseslərin Azərbaycana təsir imkanlarını araşdırmağa, habelə Azərbaycanı gözləyən ictimai-siyasi təbəddülatların səbəblərini, onu önləmək yollarına aydınlıq gətirməyə çalışdıq.

 

- Sərdar bəy, Ukraynada baş verən proseslər haqqında nə düşünürsünüz? Sizcə bu aksiyalar hakimiyyətin dəyişilməsinə və ya Qərbə inteqrasiya ilə bağlı daha prinsipial qərarlrın verilməsinə səbəb ola biləcəkmi?

 

- Ukrayna istər çar Rusiyası, istər sovet hökuməti, istərsə də hazırkı MDB məkanında ən ciddi siyasi fiqurlardan biri olub. Ukraynanın hansı mövqe nümayiş etdirməsi Rusiyanın öz imperiya maraqlarılnı təmin etməsi baxımından önəmlidir. Bu gün biz Azərbaycandan daha çox Ukraynada baş verən hadisələri izləməli, bu hadisələrin önəmini dərk etməliyik. Ukrayna Putinin keçmiş imperiyanı bərpa etmək planını pozmaq iqtidarında olan bir dövlətdir və açığı MDB məkanına daxil olan dirgər dövlətlərin bu planı pozması imkanı çox məhduddur. Ukraynanın ən böyük əhəmiyyəti bundan ibarətdir. Keçmiş SSRİ məkanında baş verən hadisələr  sinxron inkişf edəcək. Yaxın Şər inqilabının, Asya və Amerikada baş verən olayların bizə təsiri olmayacaq. Amma keçmiş SSRİ respublikalarının hər hansı birində baş verən ictimai-siyasi hadisələr digər MDB məkanında da yayılacaq. Nümunə üçün narıncı inqilabı yada salmaq olar. Narıncı inqilab Ukraynda, Qırğızıstanda, Gürcüstanda oldu və s. Bunun müəyyən qədər Moldova və Azərbaycana da təsiri oldu. Düzdür, Azərbaycanda narıncı inqillab qalib gələ bilmdi. Amma hər halda öz mövcudluğunu hiss etdirdi.

 

- Sizcə Ukraynada cərəyan edən hadisələr qismən də olsa Azərbaycana təsir edəcəkmi?

 

- Ukraynada baş verən proseslərin Azərbaycana çox böyük təsiri olacaq. Yuxarıda qeyd etdiklərimlə yanaşı, üçüncü mühüm məqam isə Ukraynada baş verən hadisələrin xarakteri ilə bağlıdır. Bizdən fərqli olaraq Qərb Ukaynanın Avroatlantik məkana inteqrasiyasını açıq şəkildə dəstəkləyir. Bu dəstək özünü maddi, mənəvi, hüquqi, siyasi və s. şəkildə hiss etdirir. Qərb bir tərəfdən Rusiyaya təzyiq edir, digər tərəfdən Ukrayna hakimiyyətinə basqı edir, başqa bir tərəfdən müxalifəti açıq şəkildə dəstəkləyir, prosesdə iştirak edir və s. Hesab edirəm ki, bu, Ukraynanın özəlliyi ilə bağlıdır. Ukraynada əsasən iki kontingent var. Bunlardan biri Qərbi, digəri isə Şərqi Ukraynadır. Qərbi Ukrayna sadəcə 40 il sovet hakimiyyətinin təsiri altında olub. Buna görə də bu kontingentin nümayəndələri daha çox azadsevərliyi ilə diqqəıt çəkir. Şərqi Ukrayna kontingentinin nümayəndələri isə daha çox ruslaşıb, onların bir çoxu rusdur və s. Qərbi Ukrayna sakinlərinin hazırda Ukraynda baş verən proseslərdə müstəsna rolu var. Ukraynadakı hadisələrin təhlili göstərir ki, bu ölkədə baş verən proseslər Avropaya inteqrasiya naminə çevrilişə aparır. Insanların bir həftədir çoxdur ki, meydanlara toplaşması, ciddi həmrəylik  nümyiş etdirməsi, çoxminlik iradə ortaya qoymaları və s. bunu göstərir. Azərbaycandan fərqli olaraqa Ukraynada güclü parlamentdaxili müxalifət mövcuddur. Hansı ki, onlar da ciddi təzyiqlər edirlər. Ukrayna bir çox xüsusiyyətlərinə görə özəl bir proses cərəyan edir. Hesab edirəm ki, Ukraynadakı proseslər Qərbin yaxından dəstəyi ilə çox qısa bir zamanda öz lazımi sonluğuna çatacaq və Ukrayna avroatlantik məkana inteqrasiya yolunda növbəti addımı atacaq. Bu, Rusiyanın imperiyanı bərpa etmək planına da bir zərbə olacaq. Bu, Azərbaycana da imkan verəcək ki, Ukraynanın ardınca zəruri olan addımları atsın.

 

- Maraqlıdır ki, Azərbaycan müxalifəti də Ukrayna müxalifət kimi Qərbə inteqrasiya baxımından  davamlı mövqe ortaya qoysa da, Qərb Ukrayna müxalifətinə verdiyi dəstəyi Azərbaycan müxalifətinə vermir. Sizcə bu, nə ilə bağlıdır?

 

- Əvvəla, inteqrasiya deyəndə biz bunu bütöv kimi deyil, ayrı-ayrı sahələr üzrə götürməliyik. Azərbaycan Ukrayna və digər keçmiş sovet ölkələri ilə müqayisədə Avropaya daha çox inteqrasiya edib. Azərbaycanın bütün beynəlxalq layihələrinin hamısı Avropanın payına düşür. Rusiyadan keçmir. Bu o deməkdir ki, Azərbaycan avroatlantik məkana iqtisadi inteqrasiyanı başa çatdırıb. Doğrudur, biz ticarət müqaviləsi və s. məsələlərə qoşulmuruq. Amma enerji resurslarının nəqli baxımından ciddi uğurlar əldə edilib. Azərbaycanın bu məsələdə bir problemi qalıb ki, bu da siyasi inteqrasiya ilə bağlıdır. Bu isə həm hakimiyyətin marağına uyğun deyil, həm də regional faktorlar bu inteqrasiyya maneçilik törədir. Rusiyanın Azərbaycanı öz təsir dairəsində saxlamağa cəhd etməsi, onun suverenliyinə müdaxilə etməsi, İranın aşkar şəkildə Azərbaycanın Qərbə inteqrasiyasına imkan verməməsi buna öz təsirini göstərir. Bu iki amil Azərbaycanın Qərbə siyasi inteqrasiyasının qarşısını alır. Buna görə də Azərbaycan iqtisadi inteqrasiyadakı nəticələri siyasi inteqrasiya məsələsində təkrarlaya bilmir. Hansı ki, iqtisadi inteqrasiya baxımından ciddi addımlar atılıb, Avropanın bütün brendləri Azərbaycandadır, neft və qazın çıxarılmasında, dağ-mədən sənayesinin inkişafına Qərb şirkətləri çox böyük həcmdə vəsaitlər qoyublar. Siyasi inteqrasiya məsələsində isə problemlər qalmaqdadır.

 

- Avroatlantik məkana siyasi inteqrasiya doğrudanmı həyati əhəmiyyət kəsb edir və bu qədər vacibdir?

 

- Bu inteqrasiya bir neçə aspektdən vacibdir. Bunu Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətləri tələb erdir. Çünki Türkiyə birmənalı şəkildə avroatlantik məkana inteqrasiya etmək niyyətindədir. Ikincisi, bunu Azərbaycan xalqının maraqları tələb edir. Demokratiya xalqın xoşbəxtliyinin yeganə formasıdır. Üçüncü amil isə Azərbaycvanın təhlükəsizliyi ilə bağlıdır. Ermənistan açıq şəkildə Rusiyanın forpostu kimi fəaliyyət göstərir. Azərbaycana qarşı Ermənistanın səsləndirdiyi iddiaların arxasında Rusiya dayanır. Rusiya hər vasitə ilə Azərbaycanın suverenliyini təhdid edir. Bu bxımdan Azərbaycanın Rusiyanın təzyqilərindən müdafiə olunması üçün ciddi bir gücün yanında durması vacibdir. Bu güc isə indiki hada yalnız Türkiyə ola bilməz. Türkiyənin gücü Rusiyanın qarşısında durmaq üçün kifayət etmir. Azərbaycan Rusiyanıən qarşısında yalnız Avropa və Amerikanı öz yanına almaqla dayana bilər. Necə ki, yəhudilər Avropo və Amerikanı öz yanlarına alıb 300 milyonluq ərəb dünyası ilə üz-üzə dayanıb. Azərbaycan da bu yolla Rusiyanın təzyqiri qarşısında davam gətirə bilər. Israildən fərqli olaraq Azərbaycanın heç bir eksponsiya siyasəti yoxdur. Azərbaycan kiminsə ərazisini işğal etmək istəmir. Əksinə, bizim ərazimizi işğal ediblər. Bu  baxımdan Azərbaycan İsraillə müqayisədə üstün bir mövqeyə malikdir. Buna görə də Azərbaycan mütləq Avropaya inteqrasiya etməlidir. Azərbaycan Avropaya inteqrasiya edəcəyi təqdirdə dərhal NATO-nun üzvü olacaq. NATO Avropanın yeganə güc mərkəzidir. Azərbaycan bununla öz təhlükəsizliyini təmin etmiş olar.

 

- Amma bəzi siyasilər iddia edir ki, Avropa Birliyinə inteqrasiyanın mənfi tərəfləri də mövcuddur ki, bu da müstəqillik və suverenlik hüquqlarının məhdudlaşmasıdır. Doğrudanmı Avropa Birliyinə inteqrasiya Azərbaycan üçün bu aspektdən hansısa təhlükə vəd edir?

 

Iqtidarın bəzi təmsilşiləri Qərbə inteqrasiyanı müstəqilik və suverenlik baxımından guya təhlükəli olduğunu iddia edir. Onlar iddia edir ki, dövlətüstü qurumlara tabe olmaq düzgün deyil və bu, ölkənin müstəqilliyi üçün təhlükə yaradır. Hətta bəziləri Avropa İttifaqı ilə bərabər tərəf kimi davranmaq iddiasını irəli sürür. Hansı ki, bu arqumentlərin hamısı yanlışdır. Birincisi, Azərbaycan BMT, Avropa Şurası, İslam Konfransı, MDB, GÜAM, YUNESKO və s.-nin üzvüdür və onların hər biri qarşısında müəyyən öhdəlikləri var. Yəni faktiki olaraq Azərbaycan Avropa Birliyi istisna olmaqla onlarla təşkilatın üzvüdür. Bu faktın özü göstərir ki, Azərbaycanın Avropa Birliyinə üzv olandan sonra guya müstəqillik və suverenliyinin məhdudlaşacağı ilə bağlı səslənən fikirlərin heç bir məntiqi əsası yoxdur. Azərbaycanın Avropa Birliyi ilə bərabər tərəf kimi münasibət qurması məsələsi də gülüncdür. Hətta bu gün ABŞ kimi güclü bir dövlət belə Avropa Birliyi ilə bərabər tərəf kimi münasibət qura bilmir. Çünki bir tərəfdə ittifaq, digər tərəfdə isə bir dövlət dayanır. Azərbaycanın bir dövlət olaraq böyük bir ittifaqla bərabər tərəf kimi münasibət qurması ölkəmizin potensialı, maddi-iqtisadi gücü və s. xaricindədir. Azərbaycanın dövlət büdcəsi 20 milyarddır. Lüksemburq isə cəmi 500 min əhaliyə və 40 milyardlıq büdcəyə malikdir. Azərbaycan Lüksemburq da daxil olmaqla onlarla güclü dövlətin qoşulduğu bir ittifaqla bərabər tərəf kimi münasibət qurmaq istəyir. Almaniyanın bir bölgəsi qədər olmayan Azərbaycanın belə bir istəklə çıxış etməsinin özü gülüncdür. Avropa Birliyinə daxil olandan sonra Azərbaycanın suverenliyinin məhdudlaşacağı fikri də həqiqəti əks etdirmir. Suverenlik xalqın xoşbəxt olması üçün hüquqi bir normadır. Əgər xalq bu gün tam suveren bir vəziyyətdə xoşbəxt ola bilmirsə, o, bu suverenlikdən imtina etməldir. Kosta-Riqa nümunəsi buna misaldır. Kosta-Riqa 50 ildir ki, ABŞ müraciət edərək bu ölkənin bir ştatı kimi fəaliyyət göstərmək arzusunu ifadə edir. Lakin ABŞ bunu qəbul etmir. Kosta-Riqa sakinləri yaxşı bilir ki, müstəqil yaşamaqdansa, Amerikanın bir ştatı kimi fəaliyyət göstərmək onları indikindən daha xoşbəxt edəcək. Bu gün biz Avropa Birliyinə daxil olaraq öz suverenliyimizdən hansısa dərəcədə imtina etməklə Azəırbaycan xalqı xoşbəxt olacaqsa, Azərbaycan dövlətinin təhlükəsizliyi təmin olunacaqsa, o zaman biz niyə bundan imtina etməliyik? Suverenlik xarici və daxili siyasəti dəqiq həll etmək hüququdur. Hansı ki, bununla xalqın xoşbəxtliyini təmin etməlisən. Əgər xalq Avropa Birliyinə girməklə xoşbəxt olacaqsa, onda suverenlik nəyə lazımdır ki? Biz Avropa Birliyinə daixl olub onun şərtlərini yerinə yetirməyə məcburuq və bunu etməliyik.

 

- Qərbə inteqrasiyaya yalnız siyasi müstəvidə deyil, ictimai sferada da birmənalı münasibət mövcud deyil və bir çoxları hesab edir ki, Qərbə inteqrasiya mənəvi dəyərlərin tamamilə aşınmasına səbəb olacaq.

 

- Vesternizasiya, yəni qərbləşmə dünyada 200 ildən çoxdur ki, davam edir. Qərbləşmə Qərbin xidmətində dayanmaq deyil. Qərbin keçdiyi yeni icitimai-siyasi formasiyaya keçməkdir. Belə bir qərbləşmə Afrikada da, Amerikada da, Asiyada da, Qafqazda da ola bilər. Qərbləşmə bir modeldir. Bunu Uzaq Şərq ölkələri olan Çin, Yaponiya və Hindistan da qəbul edə bilər. Qərbləşmə dedikdə hüquqi dövlətin, vətəndaş cəmiyyətinin, vətəndaş-dövlət münasibətlərinin qurulması məsələsində qərb modelinin tətbiqi başa düşməliyik. Avropa Birliyinin də bütün tələbləri bununla bağlıdır. Əgər Azərbaycan qərbləşmə istəyirsə, bu tələbləri yerinə yetirməlidir. Bir dövlətin ayrılıqda qərbləşməsi təhlükəlidir. Çünki qərbləşmənin özü qlobalizasiyadan meydana çıxdığına görə, qlobolizasiyaya qoşulmadan qərbləşmək mümkün deyil. Bir halda ki, Azərbaycan qlobolizasiyanın episentirlərindən biridir, bu addımı da atmalıdır. Azərbaycanın müstəqillik tarixində baş verən bir çox hadisə göstərir ki, Azərbaycan bu prosesə özü qoşulub. Məsələn, kim Azərbaycanı məcbur edirdi ki, 1994-cü ildə neft kontraktlarını imzalasın? Bu kontraktları imzalamaq qlobolizasiyaya girmək deməkdir, hansı ki, tərəfdaş kimi çıxış edən bütün dövlətlər Qərb dövlətləridir. Rusiya və Türkiyənin bəzi şirkətlərini çıxsaq, görərik ki, aparıcı operatorların hamısı Qərb dövlətlərinə məxsusdur. Deməli, Azərbaycan iqtisadi sferada könüllü olaraq qərbləşməni qəbul edir. Siyasi sahədə isə qərbləşmə problemi mövcuddur və bu problem qalmaqdadır. Bu, Azərbaycan iqtidarının maraqlarına uyğun deyil. Lakin bununla belə, bunu da bilmək lazımdır ki, belə bir vəziyyət uzun müddət davam edə bilməz.

 

- Nə üçün elə düşünürsünüz ki, proseslərin uzun müddət bu cür cərəyan etməsi mümkünsüzdür?

 

- Iqtisadiyyat obrazlı götürsək, insanın bədənidirsə, siyasət onun ruhudur. Əgər bədən bir tərəfdə, ruhun isə başqa bir tərəfdədirsə, bunun uzun müddət davam etməsi ciddi böhrana gətirib çıxardacaq. Bu gün Azərbaycanda baş verən neqativ halların 100%-i qərbləşmənin ləngidilməsi ilə bağlıdır. Iqtisadi inteqrasiya var, amam siyasi inteqrasiya yoxdur və buna görə də iqtisadi inkişafın təkbaşına yüksəlişi iqtisadi cinayətkarlığın çiçəklənməsinə səbəb olur. Çünki siyasi inkişaf iqtisadi cinayətkarlığın qarşısını alan yeganə sipərdir. Bu sipər yoxdursa, iqtisadi inkişaf ölkəni sadəcə məhvə aparır və hazırda proseslər bu istiqamətdə sürətlə cərəyan edir.

 

- İqtidarın Qərbə siyasi inteqrasiyada maraqlı olmadığını qeyd edirsiniz. Sizcə niyə ölkə iqtidarı bu məsələdə maraqlı deyil?

 

- YAP kommunist partiyasının bir davamı olaraq meydana çıxıb. Onların dəyərləri, idarəçiliyi də elə kommunist dəyərləri, kommunist idarəçiliyidir. Hakimiyyətdəki şəxsin özünə 86% səs yazması da sovet yanaşmasından qaynaqlanır. Heç bir siyasi qüvvəni etiraf etməmək, çoxpartiyalı idarəetmə qaydasını yaxına buraxmamaq, vətəndaş cəmiyyətini sıxışdırmaq, qanunların işləməsini tormozlamaq və s. sovet hökumətinin idaəetmə prinsipləridir. Kommunist partiyasının davamı olaraq meydana gələn YAP bu dəyər və prinsipləri qoruyub saxlayır. Sadəcə, partiyanın adından kommnist sözü yığışdırılıb və Yeni Azərbaycan sözü əlavə edilib. Təkpartiyalı idarəçiliyin bütün element və nüansları Azərbaycanda tətbiq olunub. Bu idarəçiliykdə iştirak edən insanların hamısı kommunist təfəkkürünə malikdir. Mən kommunist dedikdə ideyası bir cür, əməli başqa cür olan insnaları nəzərdə tuturam. Hansı ki, sovet rejimi milyonlarla bu cür kommunist yetişdirmişdir. Bu gün Azərbaycan idarəçiliyində iştirak edən insanlar düşüncə tərzinə görə Qərb dəyərlərinə yaddırlar. Qərbin tələbləri Azərbaycandakı korrupsiya və s. cinayətlərin aradan qalxmasına gətirib çıxardacaq. Aşkarlıq və şəffaflıq təmin edilsə, hər şey hesabatlarda əks edilsə, iqtidardaxili müxalifət mövcud olsa, seçkilər nəticəsində hakimiyyətlər dəyişilsə, müstəqil məhkəmələr olsa və s. bunlar korrupsiya və monopoliya sistemini dağıdacaq. Bu isə iqtisadi maraqlar baxımından məlum sistemdən qaynaqlanan insanların maraqlarına uyğun deyil. Təbii ki, burada məsuliyyət məsələsi də var. Rejim dəyişiləcəyi təqdirdə 20 illik siyasətdə iştirak edən, dövlətə və xalqa qarşı aparılan neqativ siyasət müəlifləri də müəyyən məsuliyyət daşıyacaq. Onlar sahib olduqları milyardların, fabrik və zavodların hesabını verməli olacaq. Şüur, maraqlar və məsuliyyət baxımından hakimiyyət belə bir inteqrasiyanın baş verməsini arzuedilməz hesab edir. Qərbin dedikləri həm də müəyyən müddətdən bri Azərbaycanda hakimiyyətin dəyişilməsini özündə ehtiva edir ki, bu da hazırda hakimiyyətdə olan qüvvənin marağına cavab vermir.

 

- İlham Əliyev jurnalistlərlə görüşündə yenidən siyasi dialoq məsələsini gündəmə gətirdi. Lakin nə bundan öncə, nə də indi belə bir dialoq praktiki baxımdan reallaşdırılmayıb. Ola bilərmi ki, ölkə başçısı həqiqətən də belə bir dialoqun baş tutmasında maraqlıdır, sadəcə bu məsələdə iqtidar daixlində ona mane olan qüvvələr var?

 

- O cəmiyyətlərdə ki, konstitusyon demokratiya yolu ilə proseslər inkişaf etmir, onda bu cür dialoq məsələsi aktuallaşır. Azərbaycanda konstitusyon demokratiya ləğv edilib. Buna görə də vəziyyətdən çıxmaq üçün qeyri-konstitusyon demokratik vasitələr tətbiq etmək lazım gəlir. Bu vasitələr iqtidar və müxalifət arasında siyasi dialoq, iqtidar və müxalifət arasında koalisiyanın yaradılması və s. kimi seçkidənkənar vasitələrdir. Hansı ki, bu vasitələr hakimiyyətin təbiətini dəyişməyə, real islahatların keçirilməsinə hesablanıb. Hakimiyyət yaxşı bilir ki, son 20 ildə Azərbaycan keçirilən nə bələdiyyə, nə parlament, nə də prezident seçkiləri heç bir dəyişikliyə gətirib çıxartmayıb. Biz bugünə qədr İlham Əliyev dilindən “ölkədə siyasi inkişaf var” sözünü eşitməmişik. O, bunu etiraf edə bilməz, çünki siyasi dəyişiklik olsaydı, ilk növbədə hakimiyyət dəyişilməli idi. Azərbaycan parlamentinin 80%-i eyni adamlardır. Əksəriyyət 4 dəfədən artıqdır ki, parlamentdə oturub. Nazirlər 20 ildir ki, eyni insanlardır. Nə komanda, nə fərdlər, nə də siyasət dəyişilməyib. Bu baxımdan Azərbaycanda siyasi dəyişilmə yoxdur. Iqtisadi islahatların siyasi inkişafın olmadığı bir şəkildə aparılması isə ölkəni fəlakətə aparır. Fəlakətin qarşısını almaq üçün müəyyən siyasi dəyişilmələrə getmək lazımdır. Bu isə indiki situasiyada siyasi dialoqdur. Qanuni seçkilər keçirilsəydi, o zaman siyasi dialoqa elə də ehtiyac qalmazdı. Lakin Azərbaycanda qanuni seçkilər keçirilmədiyi üçün və bu seçkilərin nəticəsi siyasi dəyişikliyə səbəb olmadığı üçün siyasi dialoqa ehtiyac hiss olunur. Iki ciddi amil bu məsələdə maneçilik yaradır ki, bunlardan da biri hakimiyyətdəki qüvvənin düşüncə tərzidir. Yəni biz çoxuqsa, azınlıqla niyə danışmalıyıq ki? Bu, bolşevik demokratiyasıdır. Bolşeviklər belə hesab edirdi ki, əgər çoxunluğa maliksənsə, o zaman azınlığı əzmək hüququn var. Leninin belə bir sözü var idi ki, əgər xalq bizə etimad edibsə, o zaman azlığı əzməliyik. Amma əsl demokratiya çoxunluğun azlığı etiraf etməsidir. Çoxunluq əsl demokratiyada azlığın inkişafını təmin etməlidir. Demokratiyada belə bir prinsip var ki, əgər sənin gücün ölkəni yüz faiz əhatə etməyə yetərlidirsə, o zaman şüurlu və könüllü şəkildə müəyyən bir sahədə boşluq buraxmalısan ki, orada yeni qüvvələr çiçəklənsin, inkişaf etsin. Demokratiya budur. Çoxunluq demokratiyada özü-özünü məhdudlaşdırmalı, azlığın inkişafına şərait yaratmalıdır. Əks təqdirdə çoxunluq xalqı məhv edə bilər. Biz bilirik ki, həqiqət hər zaman çoxluqda deyil, azlıqda olur.  Bunu fəlsəfə də, elm də sübut edib. Böyük kəşflər və həqiqətlər azlıqda yaranır və yalnız bundan sonra çoxluq onu qəbul edir. Bu baxımdan çoxluq ən keyfiyyətsiz həqiqətə malik kütlədir. Mən hələ bu çoxluğun nə qədər saxta olduğunu, necə formalaşdğını demirəm. Amma hər halda formal çoxluq deyilən bir şey varsa bu çoxluq özünü bolşevik çoxluğu kimi göstərir.

 

- Siyasi dialoqa mane olan ikinci amil nə ilə bağlıdır?

 

Ardı var


Seymur Əliyev (“Hürriyyət” qəzeti)

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO