Xəbər verdiyimiz kimi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli bir neçə gün öncə London səfərindən Bakıya dönüb. Müsavat başqanı İsa Qəmbər Milli Şuranın
xaricdə olan toplantılarında müntəzəm
iştirak etməsinə baxmayaraq, sonuncu London səfərində iştirak etməyib.
Bəs görəsən Müsavat başqanının Londona getməməsinin səbəbi nədir?
Moderator.az-ın sualını cavablandıran Müsavat Partiyasının başqan müavini
Arzu Səmədbəyli bildirdi ki, bu barədə
İsa Qəmbərin özü daha dəqiq məlumat verə bilər:
“Başqana Londondan dəvət gəlmişdi, lakin məsləhət belə oldu ki, İsa
Qəmbər bu toplantıya qatılmasın, əvəzində sonrakı tədbirlərə qatılsın. Digər
məqamları isə İsa Qəmbərdin özündən öyrənməyiniz daha uyğun olar məncə”
Xəyal Əzizov

































































































