Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Hazırda oxunan: Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

625347

Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbacan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
 

"Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - bəyanatda bildirilib.


Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO