Qazlı içkilərin mədəyə təsiri ilə bağlı uzun illər danışılıb, həkimlər pasiyentlərinə xüsusilə kola, pepsi kimi şirin qazlı içkilərdən uzaq durmağı tövsiyə ediblər. Amma yerli həkimlərimizdən fərqli olaraq onların qərbli həmkarları tam əksinə, mədəsi ağrıyanlara məhz kolanı məsləhət görürlər.
Bu, daban-dabana zidd, xəstələri çaşqın vəziyyətdə qoyan fikir necə yarandı, elmi əsasları varmı?
Yerli həkimlərimiz öz tövsiyələrində israrlıdırlar. Bildirirlər ki, kolanın təsiri problemin səbəbindən asılı olaraq dəyişə bilər.
Qastroenteroloq Adil Qəniyev Bizim.Media-ya belə açıqladı ki, ümumiyyətlə bəzi insanların şəxsi rahatlıq təcrübəsini ümumi tibbi təlimatla qarışdırmamaq lazımdır:
“Konkret olaraq mədə problemlərindən əziyyət çəkən bəzi şəxslər qazlı içkilərin vasitəsilə mədəsində yığılıb qalmış artıq qazları çıxarıb rahatlayırlar. Çünki qazlı içkinin tərkibində olan karbon qazı mədədəki qazla birləşir, onu sıxışdırıb çıxarır və müvəqqəti rahatlama gətirir. Xüsusən də gəyirə bilməyən insanlar üçün uyğundur. Amma digərlərində isə əlavə qaz mədədə köp və narahatlığı artıra bilər, qaz çıxmaq yerinə daha da artar, xüsusilə reflüks və ya funksional dispepsiyası olanlarda problemi dərinləşdirə bilər”.
Qastroenteroloq diqqətə çatdırdı ki, kolanın tərkibindəki şəkər və turşular da bəzi insanlarda narahatlıq yarada bilər.
“Amerikan həkimlərinin kolanı məsləhət görməsi çox nadir hallarda xüsusi vəziyyətlərdə, məsələn bəzi mədə fitobezoarlarının, yəni bitki liflərindən əmələ gələn kütlələrin, ağır dərmanlardan sonra yığıntıların əridilməsində endoskopik müalicəyə əlavə olaraq istifadə oluna bilər. Lakin bu, evdə mədə ağrıyan kimi kola içib sağalmaq demək deyil. Ondansa kifayət qədər su içmək, yüngül qidalanmaq, yeməkdən sonra uzanmamaq, qısa gəzintiyə çıxmaq daha məqsədəuyğundur”.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:30 / 14.07.2026
Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI
Hazırda oxunan: Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI
Hazırda oxunan: Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI
625259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































