Kilian Mbappe dünya çempionatlarında keçirdiyi oyunların sayına görə Fransa millisinin rekordunu müəyyənləşdirib.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, Mbappe dünya çempionatının İspaniyaya qarşı yarımfinal matçında meydana çıxıb. Bu, onun dünya çempionatlarındakı 21-ci oyunudur ki, bu da Fransa yığmasının futbolçuları üçün yeni rekorddur. Mbappe mundiallarda 20 oyun keçirmiş Uqo Lyorisin rekordunu qırıb.
Hazırda oyunun ilk hissəsi gedir. İspaniya Fransaya 1:0 hesabı ilə qalib gəlir.
İyulun 15-də baş tutacaq ikinci yarımfinalda isə finala vəsiqə uğrunda İngiltərə və Argentina milliləri mübarizə aparacaqlar.
Futbol üzrə dünya çempionatı iyunun 11-də start götürüb və iyulun 19-dək ABŞ, Meksika və Kanadada davam edəcək.
Bizim.Media





































































































