ABŞ qoşunları İraqdan çıxarılacaq? - Tramp anons etdi

ABŞ qoşunları İraqdan çıxarılacaq? - Tramp anons etdi

Hazırda oxunan: ABŞ qoşunları İraqdan çıxarılacaq? - Tramp anons etdi

625384

ABŞ prezidenti Donald Tramp İraqın Baş naziri Əli əz-Zaydi ilə görüşü zamanı ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac olmadığını bəyan edib.

Bizim.Media xəbər verir ki, Tramp bildirib ki, hazırda İraqda böyük bir hərbi əməliyyata ehtiyac yoxdur. O, neft şirkətlərinin İraqla sazişlər imzaladığını vurğulayaraq, ABŞ-ın yardım etməyə və qorumağa hazır olduğunu, lakin hərbi varlığın lazım olmayacağını qeyd edib.

Prezidentin sözlərinə görə, İraqın ən böyük rəqibi olan İran ciddi şəkildə destabilizasiya olunub və onların hazırkı hərbi gücü dörd ay əvvəlki səviyyənin cüzi bir hissəsini təşkil edir.

Tramp İraq hökumətinin OPEC-də qalıb-qalmamaq qərarını özünün verməli olduğunu bildirib. Məlumatlara görə, Bağdad hasilat kvotasının artırılması təklifi rədd edilərsə, təşkilatdan çıxmağı nəzərdən keçirir.

Qeyd edək ki, mayın 1-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC və OPEC+ (11 dövlətdən ibarət qrup) sıralarını tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO