Tramp İrana endirilən zərbələrin əsl MAHİYYƏTİNİ AÇIQLADI

Tramp İrana endirilən zərbələrin əsl MAHİYYƏTİNİ AÇIQLADI

Hazırda oxunan: Tramp İrana endirilən zərbələrin əsl MAHİYYƏTİNİ AÇIQLADI

625378

ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində İrana qarşı davam edən hərbi əməliyyatlarla bağlı sərt açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, o, hərbi zərbələrin əsas məqsədinin Tehranı danışıqlar masasına qaytarmaq olduğunu bildirib.

Prezident İrana qarşı zərbələrin bu həftə və növbəti günlərdə davam edəcəyini vurğulayıb. O, xəbərdarlıq edib ki, əgər Tehran danışıqlara razılaşmasa, ABŞ onların bütün körpülərini və elektrik stansiyalarını məhv edəcək. Elektrik enerjisi obyektləri planlaşdırılan zərbələrin son hədəfi kimi göstərilib.
 

Tramp ABŞ və İran arasında hələ də təmasların mövcud olduğunu təsdiqləyib. O, iranlılara "sövdələşməyə getməyi" tövsiyə etdiklərini, əks təqdirdə "əllərində heç nəyin qalmayacağını" bildirib.


Prezident vurğulayıb ki, zərbələr onun özü tərəfindən "kifayət qədər" nəticə əldə edildiyi qərarına gəlinənə qədər davam edəcək.

Tramp İran rəhbərliyinin nüvə silahı əldə etmək niyyətində olmadığı barədə bəyanatlarına inanmadığını və onların "hər şeydə yalan danışdıqlarını" iddia edib.

Trampın sözlərinə görə, İranın hərbi imkanları hələ də mövcud olsa da, onların həcmi əvvəlki kimi deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO