IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO

IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO

Hazırda oxunan: IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO
625263
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şuşa şəhərində keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Qlobal Media Forumu başa çatıb.

Bizim.Media xəbər verir ki, Forumun ilk günündə Prezident İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb.

İki gün davam edən Forum çərçivəsində təkbətək formatlı müzakirələr, panel sessiyaları və interaktiv görüşlər təşkil olunub.

Sessiyalarda müxtəlif ölkələrdən media rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və aparıcı media qurumlarının nümayəndələri iştirak edərək müasir media mühitində baş verən dəyişikliklər, qarşıda duran çağırışlar və əməkdaşlıq imkanları barədə danışıblar.

Müzakirələrdə media, informasiya təhlükəsizliyi, süni intellekt, rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Forum iştirakçıları Xankəndidə Zəfər parkını, Xocalıda “Xocalı Soyqırımı Memorial” kompleksini ziyarət edib, həmçinin Şuşada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olublar.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edib.

IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 1
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 2
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 3
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 4
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 5
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 6
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 7
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 8
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 9
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 10
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 11
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 12
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 13
IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO - foto 14

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO