Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

Hazırda oxunan: Media diplomatiyasının YENİ MƏRHƏLƏSİ – Qlobal informasiya məkanına ŞUŞADAN BAXIŞ

625410

IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, Şuşa artıq beynəlxalq siyasi və media dialoqunun mühüm platformalarından birinə çevrilib. Dünyanın onlarla ölkəsindən media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə keçirilən forum qlobal informasiya məkanında aktual çağırışların müzakirəsi üçün geniş imkan yaratdı.

Bu baxımdan tədbir Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq təşəbbüslərinə verdiyi töhfənin növbəti nümunəsi kimi qiymətləndirilir.

Forumun əsas məqamı Prezident İlham Əliyevin iştirakçılarla açıq dialoq formatında keçirdiyi görüş oldu. Dövlət başçısı beynəlxalq media nümayəndələrinin suallarını cavablandıraraq Azərbaycanın xarici siyasət prioritetləri, regional təhlükəsizlik, sülh prosesi, enerji əməkdaşlığı, beynəlxalq nəqliyyat dəhlizləri və qlobal geosiyasi proseslərlə bağlı ölkənin mövqeyini ətraflı izah etdi.
 

Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi fikirlər göstərdi ki, Azərbaycan dəyişən beynəlxalq münasibətlər sistemində müstəqil qərar qəbul edən, milli maraqlarını əsas götürən və praqmatik əməkdaşlıq siyasəti həyata keçirən dövlət kimi mövqeyini daha da möhkəmləndirir.


Dövlət başçısının Avropa İttifaqı, ABŞ, qonşu dövlətlər və digər beynəlxalq tərəfdaşlarla münasibətlərə dair verdiyi mesajlar onu göstərdi ki, rəsmi Bakı qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlığı xarici siyasətinin dəyişməz prinsipi hesab edir.

Forum çərçivəsində müzakirə olunan mövzular informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, süni intellektin mediaya təsiri və rəqəmsal transformasiya kimi müasir çağırışları da əhatə etdi.

IV Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik fəallığının və kommunikasiya imkanlarının daha da genişləndiyini bir daha nümayiş etdirdi. Forumda səsləndirilən mesajlar bir tərəfdən ölkənin regional və qlobal proseslərə baxışını beynəlxalq auditoriyaya çatdırdı, digər tərəfdən isə Şuşanın artıq beynəlxalq siyasi dialoq, media əməkdaşlığı və qlobal fikir mübadiləsinin mühüm ünvanlarından birinə çevrildiyini bir daha təsdiqlədi.

Ülviyyə Zülfiqar, siyasi şərhçi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO