Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

Hazırda oxunan: Xəzər dənizinin səviyyəsi ildə 10 sm aşağı düşür - Yeni araşdırma

625418

Rusiya Elmi Fondunun dəstəyi ilə aparılan və “Yerin kosmosdan məsafədən zondlanmasının müasir problemləri" ("Современные проблемы дистанционного зондирования Земли из космоса") jurnalında dərc olunan yeni araşdırma Xəzər dənizindəki ekoloji böhranın miqyasını ortaya qoyub.

Bizim.Media xəbər verir ki, araşdırmanın nəticələrinə əsasən 1995-ci ildən etibarən Xəzərin səviyyəsi fasiləsiz olaraq ildə təxminən 10 sm azalır.

Son 30 ildə dənizin səviyyəsi təxminən 3 metr enib.
 

Tarixi minimum: 2025-ci ildə Xəzərin səviyyəsi –29,4 metrə çatıb. Bu, 1977-ci ildəki tarixi minimumu (–29,0 metr) keçərək yeni bir "rekord"a imza atıb.


İtirilən ərazi: 1996–2025-ci illər arasında dənizin su aynasının sahəsi 28 644 kv. km azalıb. Bu, təxminən Albaniya dövlətinin ərazisinə bərabər bir sahənin quruması deməkdir.

Sürətlənmə tendensiyası: Son illərdə eniş sürəti artıb. 2005–2019-cu illərdə illik ortalama eniş 8,16 sm idisə, 2020–2024-cü illərdə bu rəqəm 22,7 sm/il səviyyəsinə yüksəlib.

Proqnoz: Mütəxəssislər XXI əsrin sonunadək dəniz səviyyəsinin 2metrdən 21 metrədək enə biləcəyini ehtimal edirlər.
 

Fəsadlar: Suyun səviyyəsinin aşağı düşməsi artıq ciddi problemlərə yol açıb: Volqa-Xəzər dəniz kanalında və limanlarda gəmiçilik çətinləşib, sahil xətti bir çox yaşayış məntəqələrindən uzaqlaşıb.


Elmi yanaşma: Şirşov adına Okeanologiya İnstitutunun əməkdaşı Andrey Kostyanoyun rəhbərlik etdiyi qrup, peyk məlumatları əsasında yeni metodika hazırlayıb. Bu metodika su balansını və buxarlanmanı daha dəqiq qiymətləndirməyə imkan verir.

Alimlər vurğulayırlar ki, su aynasının kiçilməsi nəzəri olaraq buxarlanmanı azaldıb dəniz səviyyəsinin enişini yavaşlatmalı olsa da, hazırda dənizdəki su balansı komponentlərinin dəyişkənliyi bu effekti üstələyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO