
- A-
- A
- A+
Dünya
09:03 / 15.07.2026
Kamçatka sahillərində iki güclü zəlzələ oldu
Hazırda oxunan: Kamçatka sahillərində iki güclü zəlzələ oldu
625366
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Rusiyanın Kamçatka yarımadası yaxınlığında 6,0 və 5,7 bal gücündə iki zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar iyulun 15-də altı dəqiqə fasilə ilə baş verib.
Məlumata görə, 6,0 bal gücündə zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 210 kilometr cənub-şərqdə, 64,6 kilometr dərinlikdə yerləşib.
5,7 bal gücündə ikinci zəlzələnin episentri isə şəhərdən 206 kilometr aralıda, 72 kilometr dərinlikdə qeydə alınıb.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































