Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

Hazırda oxunan: Kredit götürüb, istirahətə getmək... – Yeni trendin ƏSAS RİSKLƏRİ

625412

Yay aylarında insanların ən böyük qayğısı komfortlu istirahətdir. Lakin əksər insanların rəsmi gəlirləri bu istəyin reallaşmasına imkan vermir.

Maraqlıdır ki, bəzi banklar yeni səyahət krediti təklif edir. Aylıq 9-10 faizlə təklif olunan kreditə maraq da az deyil.

Bəs kreditlə turist səfərinə getmək nə qədər sərfəlidir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Fuad İbrahimov deyib ki, cəmiyyətimizdə kreditə qarşı münasibət birmənalı deyil:

“Əksəriyyət kredit götürməyi özünü problemə salmaq kimi düşünür. Halbuki kredit sağlam maliyyə alətidir. Kredit imkan verir ki, insanlar cüzi maliyyə itkisi ilə böyük xəyallarını gerçəklətsin. Amma burada gəlirlə xərclər bir-birinə tərs mütənasib olmamalıdır.
 

Təəssüf ki, bizdə belədir. Əksər kredit götürən insanların gəliri aylıq xərciylə müqayisədə qat-qat azdır. Bu da sonradan problemlər yaradır. Lakin sağlam yanaşma kreditinin faydalılıq əmsalını xeyli yüksəldir.


O ki qaldı kreditlə turist səyyahətinə çıxmağa...

Azərbaycan reallığında bu arzuolunan deyil. Nəzərə alaq ki, 4 nəfərlik ailə ilə ölkə daxilində 2 gün səyahət etmək ən azı 800-1000 manata başa gəlir. Xaricə çıxış isə ən azı 10 min manat üzərindədir. Bu qədər xərci kreditlə qarşılamaq böyük riskdir. Çünki 600-700 manatlıq əmək haqqı ilə bu qədər xərci qarşılamaq sadəcə mümkünsüzdür”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO