“EL” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev sabiq müavini Əflan İbrahimovun onun haqqında səsləndirdiyi son açıqlamalara münasibət bildirib. Bu barədə Moderator.az saytına açıqlama verən E.Quliyev Ə.İbrahimovun dələduz olduğunu iddia edib: “Əflan İbrahimov sadəcə olaraq “maşennikdir”. O, sözün əsl mənasında dələduzdur. Bildiyim qədəri ilə dələduzluq maddəsi ilə də məhkum edilib və həbsdə olub. Bu məlumatlar indi-indi meydana çıxır. Ə.İbrahimov normal insana məxsus bütün keyfiyyətləri itirib və buna görə də onun verdiyi açıqlamalara daha artıq şərh verməyə lüzum görmürəm”.
Seymur Əliyev


































































































