Lavrova itkin düşmüş azərbaycanlıların siyahısı veriləcək – Bakı səfərinin PƏRDƏARXASI MƏQAMLARI

Hazırda oxunan: Lavrova itkin düşmüş azərbaycanlıların siyahısı veriləcək – Bakı səfərinin PƏRDƏARXASI MƏQAMLARI

20722

Rusiya XİN başçısı Serqey Lavrovun İrəvandan sonra Azərbaycana səfəri ətrafında müxtəlif mülahizələr irəli sürülür. Ekspertlər bildirir ki, rusiyalı nazirin Bakı səfərində əsas müzakirə mövzusu 10 noyabr üçtərəfli razılaşmasının növbəti mərhələsinə keçidi ətrafında olacaq. Lakin politoloq Rövşən Novruzoğlunun fikrincə, danışıqlarda məxvi, gizli məqamlara da toxunulacaq. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Lavrova əsasən indiyə qədər Qarabağ ərazisində itkin düşmüş, talelərindən hələ də xəbər olmayan azərbaycanlıların siyahısı təqdim olunacaq.

“Ermənilər azərbaycanlıları kütləvi şəkildə qətl ediblər və saysız – hesabsız meyitləri  Qarabağ ərazinsində kütləvi qəbirstanlıqlarda basdırıblar. Ermənilər hazırda bu qəbirstanlığın bir hissəsini Zəngilan, Kəlbəcər və digər azad olunmuş ərazilərdə yerləşənləri məhv ediblər. Çünki onlar qorxurlar ki, gələcəkdə Azərbaycan onlar barəsində genosid iddiası qaldıra bilər. Hazırda bu kütləvi qəbirstanlıqlar Xocalıda mövcuddur. Ona görə də bu görüş zamanı indiyə qədər qətl edilən insanların siyahısı hazırlanıb və Lavrova təqdim ediləcəyi gözlənilir”.

Rövşən Novruzoğlu bildirib ki, daha bir məsələ hərbi arsenalla bağlıdır. Ermənilər çalışırlar ki, müxtəlif adlarla Qarabağ ərazisində hərbi güc saxlasınlar. Hətta onlar Xankəndində Rusiyanın “Kalaşnikov” avtomat silahlarını istehsal edən müəssisə da açmaq fikirndədirlər.

Rusiyadan gətirilmiş hissələrlə burada istehsal etmək fikrindədirlər. Bu və başqa bir neçə məsəslə də Lavrovla ciddi şəkildə müzakirə olunacaq: 

“Erməni separatçılarının “Artsax” adı altında dünyanın 12 ölkəsində hələ də konsulluqları fəaliyyət göstərir. Bu konsulluqlara dünyanın varlı erməni və erməni diasporlarından maliyyə ayrılaraq, muzdlu döyüşçülər toplayarırlar, Qarabağda müharibəyə hazırlaşırlar. Bu cür konsulluqlar Rusiya ərazisində də mövcuddur. Lavrovun qarşısında bu məsələ də qaldırılacaq çünki, bu Azərbaycanla yanaşı Rusiya üçün də təhlükəlidir. Belə olduğu təqdirdə bir müddət sonra rus sülhməramlıları ilə erməni terrorçular arasında silahlı qarşıdurma da baş verə bilər. Dünya təcrübəsində dəfələrlə belə hadisə yaşanıb”- deyə politoloq fikrini tamamlayıb.

Qeyd edək ki, Rusiya XİN başçısı Serqey Lavrovun mayın 10-da Bakıya səfəri planlaşdırılıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO