“Gürcüstanın və Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var” – Prezident

Hazırda oxunan: “Gürcüstanın və Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var” – Prezident

182892

“Biz yeni layihələr üzərində də işləyirik və onlardan biri yaşıl enerji layihəsidir”.

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

Azərbaycanın və Gürcüstanın digər ölkələrlə bərabər çox böyük və genişmiqyaslı layihənin icrasına başladığını vurğulayan dövlət başçısı deyib: Hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars kimi uğur gətirən layihələr yaşıl enerji layihəsi üçün örnək olacaq və yaşıl enerji layihəsi eyni müvəffəqiyyətlə icra ediləcək.

Buna da böyük tələbat var. Həm Gürcüstanın, həm də Azərbaycanın çox böyük bərpaolunan enerji potensialı var”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO