Biz Kuril adalarını Yaponiyaya satmırıq, ancaq onlardan alacağımız çox şey var.
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikri Vladimir Putin bu gün ASEAN ölkələrinin Soçidə keçirilən sammitinin yekununa həsr olunmuş mətbuat konfransında səsləndirib.
Yaponiya-Rusiya, xüsusən də Kuril adaları ilə bağlı mübahisəyə toxunan Putin deyib ki, Rusiya heç nəyi satmır: “Sadəcə biz çox şey almağa hazırıq, ancaq satmağa yox”x9d.
Putin Kuril adları ilə bağlı aparılan danışıqlara gəldikdə isə deyib ki, Moskva Tokio ilə dialoqa hazırdır:
“Biz həmçinin sülh müqaviləsi imzalanması ilə bağlı məsələni də müzakirə etməyə hazırıq. Moskva bütün partnyorlarla, o cümlədən Yaponiya ilə də dialoq aparmağa hazırdır. Bura iki ölkə arasında sülh müqaviləsinin imzalanması da daxildir və hansı ki, bu kontekstdə biz ərazi bütövlüyü məsələsini müzakirə edirik”x9d.
Putin əlavə edib ki, ona görə də Kuril problemini ikitərəfli əməkdaşlıqla əlaqələndirmək lazım deyil. “Biz sadəcə olaraq Yaponiya ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıyıq”x9d, - o vurğulayıb.
Qeyd edək ki, Rusya və Yaponiya Kuril adalarına görə indiyədək İkinci dünya müharibəsinin yekunlarına dair sülh müqaviləsi imzalamayıb. Yaponiya Kuril adaları sırasında dörd adanı; - Kunaşir, Şikotan, İturup və Xobomi adalarını öz ərazisi hesab edir və bu adaları özünə qaytarmaq istiqamətində Moskva ilə danıqşları indiyədək davam etdirir.



























































































