Ayaz Mütəlibovun Əbülfəz Elçibəylə bağlı etidyi çıxışa bu səfər BAXCP-dən sərt cavab gəlib.xa0
BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bununla bağlı acıqlama ilə çıxış edərək Ayaz Mütəllibovu cinayətkar adlandırıb:xa0
“Ayaz Mütəlibov cinayətkar olub! 1992-ci ilin may ayında Azərbaycan xalqı kütləvi şəkildə küçələrə axışıb Ayaz Mütəlibovu vəzifəsindən qovub. O da birbaşa Rusiyaya qacdı. Uzun illər Rusiyaya sığındı. Bütün ömrünü ruslara nökərçilik edən bir adamın Milli Azadlıq Hərəkatının lideri mərhum Əbülfəz Elçibəyi təhqir etməsi və böhtan atması cəmiyyətdə nifrətlə qarşılandığının şahidi olduq. Bu böhtan və təhqirə görə iki gün ərzində həm xa0ölkə mediasında, həm də sosial şəbəkədə onlarla siyasi partiya rəhbərləri, ziyalılar, tanınmış şəxslər, bitərəf insanlar Mütəlibovu qınadı və onun kim olduğunu xatırlatdılar. Hətta moderator.az saytı Ayaz Mütəlibov Rusiyada qacıb gizləndiyi zamanlarda Qarabağın itirilməsində mərhum Heydər Əliyevə də necə şər - böhtan atdığına dair video material yaydı. Onun necə riyakar bir adam olduğunu bir daha hamı gördü. İndi belə bir adam hələ utanmadan yaltaqlıq və yarınmaqla məşğul olur. Onu da xatırladım ki, Mütəllibov özünü saxta yolla prezident elan edən şəxs olub. 1991-ci ildə o zamankı xa0SSRİ rəhbərliyində olduğuna görə, xa098. 5 % -lə özünü “prezident”x9d elan edib. Həmin illərdə Azərbaycan xalqının milyonlara vətəndaşı meydanlara axışıb Qarabağ problemini, Azərbaycanın müstəqilliyini istədiyi vaxtda bu adam necə 98%-lə prezident seçilə bilərdi? Elə bu faktın özü onu deməyə əsas verir ki, o özünü saxta yolla prezident elan edib.xa0
Digər bir məqam odur ki, 1992-ci ildə ölkədən qaçan Ayaz Mütəlibova məhz ölkəyə rəhbərlik etdiyi dövrlərdə törətdiyi cinayətlərə görə cinayət işi olub. Eks prezidentlər haqqında qanun qəbul olunana qədər onu üzərində cinayət ittihamı olub. Eks prezidentlər haqqında qanunun 11-ci maddəsində keçmiş Prezidentin və onun həyat yoldaşının toxunulmazlığını nəzərdə tutan “keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti seçilməmişdən əvvəl və Azərbaycan Respublikası Prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilməz.”x9d olması Ayaz Mütəlibovu məsuliyyətdən azad etdi. İndi bu səbəbə görə yekə-yekə danışmağa başlayıb.”x9d



































































































