Azərbaycanda buster doza vaksin vurduranların sayı 3 milyonu ötdü

Azərbaycanda buster doza vaksin vurduranların sayı 3 milyonu ötdü

Hazırda oxunan: Azərbaycanda buster doza vaksin vurduranların sayı 3 milyonu ötdü

66435

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6 477 vaksin vurulub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 369, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 691, üç və daha çox doza vaksin vurduranların sayı 5 061, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 356 nəfərdir. 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 388 971, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 442, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 816 763, üç və daha çox doza vaksin vurduranların sayı 3 026 385, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 225 381 təşkil edir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO