Bölgələrə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Bölgələrə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Hazırda oxunan: Bölgələrə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA

190750

Mayın 6-sı saat 18:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Gədəbəy, Quba, Şəki, Qax, İmişli, Biləsuvar, Neftçala, Sabirabad, Cəfərxan, Astara, Yardımlı, Lerik, Lənkəranda yağış, Şahdağda zəif qar yağıb.

Bu barədə Bizim.Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Həmçinin Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrdir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 9, Aran rayonlarında 22, dağlıq rayonlarda 13 dərəcəyədək isti olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO