DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO

Hazırda oxunan: DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO

190740

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə ənənəvi yürüş təşkil olunub.

Bu barədə DTX-nin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib.

Bildirilib ki, yürüş iştirakçıları mürəkkəb relyef və sərt iqlim şəraitində qabaqcadan müəyyənləşdirilmiş marşrut üzrə hərəkətlərini davam etdirərək təyin olunmuş vaxtda “Heydər zirvəsi”nə qalxıb, Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etdikdən sonra orada Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb, DTX-nin adı və emblemi əks olunan plakatı yerləşdiriblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO