Suyu ilıq içməyin orqanizmə 7 FAYDASI

Suyu ilıq içməyin orqanizmə 7 FAYDASI

Hazırda oxunan: Suyu ilıq içməyin orqanizmə 7 FAYDASI

66088

Suyun orqanizmə olan faydaları saymaqla bitməz. Lakin müxtəlif temperaturda içilə bilən suyun xeyri onun istilik dərəcəsinə görə dəyişir.

Bizim.Media ilıq su içərkən orqanizmdə baş verən müsbət dəyişiklikləri təqdim edir.

1. Dərini təmizləyir

İlıq su bədəndəki toksinləri, zərərli maddələri təmizləyir. Belə ki, bu suyu içdikdən sonra bədən temperaturu artır və tərləməyinizə səbəb olur. Bədəni daxildən təmizləyərək sızanaqların yaranması azaldır. Bu da daha sağlam və parlaq cildə sahib olmağınıza yardımçı olur.

2. Erkən yaşlanmanın qarşısını alır

Toksinlər dərinizin daha sürətli qocalmasına, göz altının qaralmasına, şişməsinə, qırışların artmasına səbəb olur. İlıq su içməklə zədələnmiş dəri hüceyrələrini bərpa edə bilərsiniz ki, bu da dərinizə daha hamar və dolğun görüntü bəxş edəcək.

3. Baş dərisindəki qaşınmanı azaldır

İsti su baş dərisini nəmli saxlayır, bu da kəpəyin ehtimalını azaldır. Həmçinin baş dəriniz sağlam və nəmli olduqda, saçlar daha parlaq, canlı və yumşaq olur. Eyni zamanda, ilıq su saç köklərindəki sinir uclarını aktivləşdirərək saçın uzanmasını stimullaşdırır.

4. Dərini daha parlaq edir

Bu suyu istehlak etmək bədəndəki yağları parçalayır, qan axınını tənzimləyir, əzələləri isə yumşaldır. Artan qan dövranı dəri hüceyrələrini cavanlaşdırır, qidalandırır və oksigenlə təmin edir.

5. Mədə-bağırsağın fəaliyyətini aktivləşdirir

Mədə-bağırsaq problemləri qidadan kifayət qədər vitamin almağa imkan vermir. Bu isə dəriyə öz təsirini göstərir. 1 stəkan ilıq su içərək bu problemdən qurtula bilərsiniz.

6. Dərinizi nəmləndirir

Nəmləndirici kreminiz nə qədər bahalı olsa da, kifayət qədər su içməsəniz, dərinizi qırışlardan qoruya bilməyəcəksiniz. Gündəlik ilıq su içmək cildin tonunu tarazlayır, şişkinliyi azaldır, qırışların yaranmasını ləngidir.

7. Vücudu infeksiyalardan qoruyur

1 stəkan ilıq su içmək böyrəklərin iltihabla mübarizəsinə yardımçı olur. Bu həm də toksinlərin bədəndən xaric olmasına imkan yaradan ən effekli üsuldur. Təsirini artırmaq üçün ilıq suya bir neçə damla limon suyu da əlavə edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO